Goal.az-ın keçirdiyi səsvermədə Azərbaycan Premyer Liqasının oktyabr ayının ən yaxşı oyunçusu Neftçi-nin yarımmüdafiəçisi Emin Mahmudov seçilib.
Emin Goal.az-a müsahibəsində ona səs verən azarkeşlərə təşəkkür etməyi unutmayıb:
Azarkeşlərin səsverməsi ilə Azərbaycan Premyer Liqasında oktyabr ayının ən yaxşısı seçilmisiniz. Öz çıxışınızı necə qiymətləndirirsiniz?
- Mənə səs verən hər bir kəsə təşəkkürlərimi bildirirəm. Mükafatı qazanmaq mənə xoş oldu. Qalib gələcəyimi gözləmirdim. Demək ki, hələ də futboldan başı çıxan adamlar var (gülür).
Neftçi-nin mövsümə startını necə dəyərləndirirsiniz? Komandanın qarşısına hansı məqsəd qoyulub?
- Neftçi mövsümə pis başlayıb, amma keçən ay bizim üçün yaxşı keçdi. Lakin təəssüflər olsun ki, bu ayda da həmənki səhvlərimizi edirik. Harada 100% konsentrasiya olmuruq, orada bizi cəzalandırırlar.
Azərbaycan milli komandası AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Uels və Slovakiya milliləri ilə qarşılaşacaq. İki oyundan neçə xal toplamağı hədəfləyirsiniz?
- Neçə xal yığacağımızı deyə bilmərəm, amma yaxşı oynayaraq nəticə əldə etməyə çalışacağıq.