16/03/2020
17:43
2157
| A A A
Azərbaycan Premyer Liqasının bütün klubları məşqlərini dayandırdı

Azərbaycan çempionu “Qarabağ” da fəaliyyətini müvəqqəti dayandırmağa qərar verib.

Goal.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, koronavirus (COVID-19) pandemiyasının dünya ölkələri arasında sürətlə yayılmaqda davam etməsinə görə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarla əlaqədar “Qarabağ”ın əsas, əvəzedici komandalarının və “Qarabağ” Futbol Akademiyasının məşqləri qeyri-müəyyən müddətə dayandırılıb.

Bununla da Azərbaycan Premyer Liqasında mübarizə aparan bütün klublar məşqlərini dayandırmış olub.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5860 səs