18/04/2020
16:45
1369
| A A A
Azərbaycan klublarına məşq üçün icazə verilə bilər

“Çempionatın bərpası ilə bağlı Nazirlər Kabineti yanında Operativlə Qərargahla əlaqə saxlamamışıq, onlara hər hansı bir müraciətimiz də olmayıb. Qərargahın verdiyi qanunlar var, bunlar ictimaiyyətə açıqlanıb, biz də riayət edirik”.

Goal.az xəbər verir ki, bu fikirləri “report”a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev deyib.

PFL rəsmisi qurumun AFFA və klublar rəhbərləri ilə daim əlaqədə olduğunu sözlərinə əlavə edib: “Bu məsələlərlə bağlı daim danışıqlar olur. Sadəcə, müzakirə olunanları ictimaiyyətə açıqlamırıq”.

Şahgəldiyev karantin müddəti uzadılandan sonra komandalara məşq üçün icazə verilməsi məsələsinə də münasibət bildirib: “Hər şey ola bilər, bütün məsələlər müzakirə olunur. Sadəcə müzakirə olunanları açıqlamaq istəmirik. Nazirlər Kabinetinin qəbul edəcəyi qərarlardan çox şey asılıdır. Aprelin 20-dən sonra karantin müddətinin uzadılacağı və hansı müəssisələrə işləmək üçün icazə veriləcəyi deyiləcək. Yəqin ki, qadağalar aradan qalxsa, müəyyən güzəştlər olacaq. Biz də Operativ Qərargahın tələb və tövsiyələrini yerinə yetirməliyik”.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında fasilənin müddəti qeyri-müəyyən müddətədək uzadılıb.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5787 səs