28/04/2020
14:38
2116
| A A A
Maykl Essyen: "Gerye dəvət etsə, gedəcəyəm"

"Səbail" futbolçusu Maykl Esyen "Neftçi"nin haitili oyunçusu Donald Gerye ilə "Instagram"da canlı söhbət edib.

Goal.az xəbər verir ki, o, söhbət zamanı karantin müddətində evdə qaldığını deyib. Essyen karantin vaxtı yalnız evdə qaldığını və eyni zamanda "Zoom" tətbiqetməsi vasitəsi ilə komanda yoldaşları ilə birlikdə məşq etdiyini bildirib:

"Karantin vaxtı gedəcəyim yer yoxdu. Komandamız məşq üçün "Zoom" proqramından istifadə edir, məşqdən sonra evdə istirahət edirəm. Bəzən Qana musiqisinə də qulaq asıram.

Essyen Geryedən dəvət alacağı təqdirdə Haitini ziyarət edəcəyinə söz verib. "O, məni Haitiyə dəvət etsə, səyahət etməyi sevdiyim üçün gedəcəyəm".

Qeyd edək ki, Maykl Essyen 2019-cu ilin martından "Səbail”də çıxış edir. Donald Gerye isə cari mövsümdən "Neftçi"nin formasını geyinir.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5792 səs