01/09/2019
16:28
9069
| A A A
Real Madrid PSG-dən futbolçu transfer edir

PSG-nin qapıçısı Alfons Areola karyerasını İspaniyada davam etdirməyə yaxındır.

Goal.az xəbər verir ki, Real Madrid 26 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir. “Kral klubu” artıq fransalı qolkiperi tibbi müayinədən keçirib. Madridlilər Areolanı PSG-yə keçməyə hazırlaşan Keylor Navasın əvəzləyicisi kimi icarəyə götürməyi planlaşdırır.

2010-cu ildən PSG-nin şərəfini qoruyan Areolanın klubla müqaviləsi 2023-cü ilədək nəzərdə tutulur.