04/09/2019
16:10
6321
| A A A
“Onun PSG-də qalmasına sevinirəm” – Venger

Son olaraq Arsenal-ın “sükanı arxasında” çalışmış Arsen Venger PSG-nin futbolçusu Neymarla bağlı açıqlama verib.

Goal.az xəbər verir ki, 69 yaşlı mütəxəssis, Barcelona-ya transferi baş tutmayan hücumçuyla bağlı bunları deyib:

“Düşünürəm ki, o, dünyanın ən yaxşı futbolçularından biridir və onun PSG-də qalmasına sevinirəm. Belə bir futbolçunu itirsən, bir il sonra digərləri də komandadan ayrılacaq. Klubun pulu çox olsa da, komandada fərq yarada bilən futbolçuları saxlamaq çətindir. Onları itirməməlidirlər. Neymar kimi futbolçunu komandada saxlamaq istəyirsizsə, onu sizin üçün vacib olduğuna inandırmağınız lazımdır”.

Neymar PSG-də xoşbəxt olmadığını və Kataloniya klubuna qayıtmaq istədiyini bildirmişdi. Lakin klublar arasındakı transfer danışıqları müsbət nəticələnmədi.(komanda.az)