04/09/2019
21:05
8217
| A A A
“Neymar Barcelona-dan ayrılmaq istəyəndə…” – Luis Suares

Barcelona klubunun hücumçusu Luis Suares PSJ-nin futbolçusu Neymarla bağlı açıqlama verib.

Goal.az xəbər verir ki, uruqvaylı futbolçu, Kataloniya klubuna transferi alınmayan Neymarla bağlı bunları deyib:

“Neymar Barcelona-dan ayrılmaq istəyəndə, Lionel Messi ilə birlikdə onunla danışdıq. Onun üçün ən yaxşı komandanın Barcelona olduğunu dedik, amma onu qərarından döndərə bilmədik.

Sonra isə o, Barcelona-ya qayıtmaq üçün hər şey etdi, amma bu, alınmadı”.

2017-ci ildə 222 milyon avro qarşılığında Barcelona-dan PSG-yə transfer olunan braziliyalı futbolçu, yenidən Kataloniya klubuna qayıtmaq istəyirdi. Amma klublar arasında aparılan danışıqlar nəticəsiz qaldığından, Neymar karyerasını Paris klubunda davam etdirəcək.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5728 səs