09/09/2019
14:45
2729
| A A A
Heyətinə ən çox pul xərcləyən klubların siyahısı - 1,14 milyard avro...

İngiltərənin Manchester City klubu hazırki heyətinə 1 milyard avrodan artıq xərcləyib.

Goal.az "Football Observatory" saytına istinadən xəbər verir ki, "şəhərlilər" futbol tarixində heyət üçün ən çox pul xərcləyən klubdur.

PSG Real klubları Manchester City-dən geri qalır.

Heyətinə ən çox pul xərcləyən klubların "10-luğ"u:

1. Manchester City - 1,14 milyard avro

2. PSG - 913 milyon avro

3. Real - 902 mln

4. Manchester United - 751 mln

5. Juventus - 719 mln

6. Barcelona - 697 mln

7. Liverpool - 639 mln

8. Chelsea - 561 mln

9. Atletico - 550 mln

10. Arsenal - 498 mln

Liqalarda ən bahalı və ən ucuz heyəti olan klubların müqayisəsinə gəlincə:

İspaniya La Liqasında Real Mallorca ilə müqayisədə 158 dəfə, Fransa Liqa 1-ində PSG Nimes-dən 114 dəfə, Bundeliqada Bayern Munich Paderborn-dan 85 dəfə, İtaliya A seriyasında Leccie ilə müqayisədə 163, İngiltərədə Manchester City Norwich-lə müqayisədə 32 dəfə artıq xərcləyib.

Hazırki heyətlərinə görə İngiltərə Premyer Liqasında ortalama məbləğ 345 mln, La Liqa və A seriyasında 167 mln, Bundesliqada 124 milyon avro və Liqa 1-də isə 118 milyon avrodur.