13/09/2019
09:34
2982
| A A A
PSG azarkeşləri Neymarı boykot etməyə hazırlaşır

PSG-də Neymara görə klub rəhbərliyi ilə azarkeşlər arasında gərginlik artır.

Goal.az Fransa mətbuatına istinadən xəbər verir ki, çərşənbə günü Ultras Collectif Ultra Paris qrupu azarkeşlik etdikləri klub nümayəndələri ilə görüşüb. Onlar braziliyalı hücumçunun Fransa çempionatının 5-ci turunda Strasbourg-la matçda mümkün qayıdışını müzakirə ediblər. Klub nümayəndələri bildiriblər ki, 27 yaşlı futbolçu sözügedən görüşdə oynamalıdır. Azarkeş qrupu isə Neymarın komandadan getmək istədiyini açıq şəkildə ifadə etməsindən narazılığını bildiriblər. Onlar braziliyalı oyunçuya qarşı bannerlər asacaqlarını söyləyiblər. PSJ rəhbərliyi isə azarkeş qrupundan təmkinli olmağı xahiş edib. Ancaq buna rədd cavabı tərəflər arasında gərginliyi artırıb.

Azarkeşlərin Neymarı Strasbourg və ya Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda Real-la görüşdə boykot edəcəyi gözlənilir.