24/09/2020
12:58
3603
| A A A
Di Mariya ağır cəzalandırıldı

PSG-nin futbolçusu Anxel Di Mariya 4 matçlıq diskvalifikasiya olunub.

Goal.az xəbər verir ki, bu barədə Fransa Peşəkar Futbol Liqasının (LFP) İntizam Komitəsi qərar qəbul edib. Argentinalı hücumçu 0:1 hesabı ilə uduzduqları qarşılaşmada Marseille-in oyunçusu Alvaro Qonsalesə tüpürdüyü üçün cəzalanıb. Diskvalifikasiya sentyabrın 29-dan qüvvəyə minəcək.

Bundan başqa İntizam Komitəsi Qonsales və PSG-nin digər forvardı Neymarın məsələsinə 30 sentyabr iclasında baxmağı qərara alıb. "Sambaçı" Marseille-ə qarşılaşmada rəqib oyunçunu vurduğu üçün qırmızı vərəqə alıb. O, Qonsalesi irqçilikdə günahlandırıb.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
21519 səs