26/09/2020
17:28
5538
| A A A
Barcelona məşhur hücumçulardan imtina etdi

Roma-nın futbolçusu Edin Dzeko və PSG-dən ayrılan Edinson Kavani Barcelona-ya təklif olunub.

Goal.az xəbər verir ki, Kataloniya təmsilçisi hər iki hücumçudan imtina edib.

Onlar klubun heyəti cavanlaşdırmaq və yeniləmək siyasətinə uyğun gəlməyib. Barcelona oktyabrın 5-də transfer dönəmi bağlanmazdan əvvəl futbolçu satmayacağı təqdirdə, heç kimi almayacaq. Kataloniyalıların əsas hücumçusu Luis Suarez Atletico-ya keçib.

Qeyd edək ki, Edinson Kavani hazırda azad agentdir. Edin Dzekonun Roma ilə müqaviləsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub. (report)

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
21516 səs