03/10/2020
15:51
3418
| A A A
Tottenham PSG-nin təklifini geri çevirdi

PSG Tottenham-in futbolçusu Dele Allini heyətinə qatmaq istəyib.

Goal.az xəbər verir ki, Paris klubu 24 yaşlı futbolçunu icarə əsasında heyətinə qatmaq üçün Tottenham-ə ikinci dəfə təklif göndərib. Lakin London klubu bu dəfə də icarə təklifindən imtina edib. Əsas futbolçularından birini itirmək istəməyən Tottenham Alli üçün gələcək bütün təklifləri rədd etməyi planlaşdırır.

Qeyd edək ki, 2015-ci ildən Tottenham-də çıxış edən ingiltərəli futbolçunun klubla müqaviləsi 2024-cü ildə başa çatır.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
21516 səs