04/10/2020
19:50
2936
| A A A
Kavani Premyer Liqaya keçir

PSG-nin sabiq futbolçusu Edinson Kavaninin yeni klubu müəyyənləşib.

Goal.az xəbər verir ki, 33 yaşlı uruqvaylı hücumçu karyerasını Manchester United-ə davam etdirəcək.

Britaniya mətbuatı Kavaninin bu gün tibbi müayinədən keçəcəyini yazıb. Onunla 3 illik müqavilə ilə bağlı razılıq əldə olunduğu bildirilib.

Qeyd edək ki, Uruqvay millisinin üzvü 2013-2020-ci illərdə PSG-də çıxış edib.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
21513 səs