06/10/2020
11:29
3428
| A A A
Kavaninin yeni klubu müəyyənləşdi — RƏSMİ

Manchester United heyətini yeni futbolçu ilə gücləndirib.

Goal.az xəbər verir ki, Premyer Liqa nəhəngi bu yay PSG-dən ayrılan və azad agent statusu daşıyan uruqvaylı hücumçu Edinson Kavanini transfer edib.

Bu barədə “qırmızı şeytanlar”ın rəsmi saytı məlumat yayıb. 33 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Kavani 2013-cü ildən PSG-də çıxış edirdi. O, Paris təmsilçisində 301 oyun keçirib, 200 qol, 43 məhsuldar ötürmə müəllifi olub.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
21515 səs