20/10/2020
11:57
1728
| A A A
Manchester United-də ciddi itkilər

Manchester United UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Fransa çempionu PSG-yə qarşı keçirəcəyi oyuna ciddi itkilərlə çıxacaq.

Goal.az xəbər verir ki, müdafiəçi Harri Maquayr ilə hücumçu Edinson Kavani Parisdə baş tutacaq oyunda komandasına kömək edə bilməyəcək.

Məşqçilər korpusu onları Fransaya aparmağa da ehtiyac duymayıb. “Qırmızı şeytanlar” zədəli Meyson Qrinvudu da səfərə aparmayıb.

Qeyd edək ki, bu gün keçiriləcək PSG - Manchester United matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
21516 səs