20/02/2023
11:46
4226
| A A A
Qarabağ-ın rəqibi qalib gəlib

Belçika çempionatında 26-cı turun oyunları keçirilib.

Goal.az xəbər verir ki, Avropa Konfrans Liqasının pley-off mərhələsində Qarabağ-ın rəqibi olan Gent öz meydanında Leuven-lə qarşılaşıb. Oyun Gent-in 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Gent-in qollarını Huqo Kuypers (49) və Sven Kums (73) vurub.

Gent hazırda 42 xalla 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, “Qarabağ” Belçika təmsilçisinə qarşı Bakıda keçirilən ilk matçda 1:0 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab matçı isə fevralın 23-də səfərdə keçirəcək.

GÜNÜN ƏN ÇOX OXUNANLARI