29/08/2019
17:37
2822
| A A A
Azərbaycan millisinin futbolçusunun yeni klubu müəyyənləşdi

Boluspor-dan ayrılan Azərbaycan millisinin futbolçusu Ufuk Budakın yeni klubu müəyyənləşib.

Goal xəbər verir ki, 29 yaşlı sol cinah müdafiəçisi qonşu ölkənin I Liqa komandası Altınordu-ya keçib. İzmir təmsilçisi Budakla bir illik müqavilə imzalayıb.

Təcrübəli oyunçu klubun rəsmi saytına açıqlamasında belə bir kollektivə gəldiyi üçün özünü şanslı hesab etdiyini deyib. Müdafiəçi Altınordu forması ilə Superliqaya yüksəlmək istədiyini də vurğulayıb.

Qeyd edək ki, Ufuk Budak bunadək Türkiyədə Samsunspor, Manisaspor, Kayserispor və Gaziantep BB klublarında da çıxış edib.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5351 səs