Tractor-un prezidenti istefa verdi
Cənubi Azərbaycanın Tractor klubunun prezidenti Qulam Rıza Sadiqian istefa verib.
Goal.az xəbər verir ki, Sadiqian qərarını Mustafa Denizlinin gedişindən 3 gün sonra açıqlayıb. O, bəzi futboldankənar insanların Tractor-un uğurlarını istəmədiklərini bildirib. Klub rəsmisinin fikrincə, həmin şəxslər Təbriz komandasının önünü kəsərək, oyunların nəticələrinə təsir göstəriblər.
Qeyd edək ki, Tractor klubu 12 oyundan 18 xalla 9-cu pillədə qərarlaşıb.
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR