İlin ən yaxşı qapıçısı bilindi
FIFA ilin ən yaxşı qapıçısının adını açıqlayıb.
Goal.az xəbər verir ki, hazırda keçirilən The Best mükafatının təqdim edilməsi mərasimində Bayern Münich-in qolkiperi Manuel Noyerin bu ada layiq görüldüyü bildirilib. Almaniya millisinin üzvü Liverpool-dan Alisson Beker və Atletico-dan Yan Oblakı qabaqlayıb.
Fransa Lyon-unun qolkiperi Sara Buaddi isə ən yaxşı qadın qapıçı seçilib.