17/02/2021
13:21
8535
| A A A
XXI əsrin ən yaxşı qapıçısı açıqlandı

Juventus-un qapıçısı Canluici Buffon XXI əsrin ən yaxşı qapıçısı elan edilib.

Goal.az xəbər verir ki, müasir dövrün ən yaxşı qapıçılarının reytinqini Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) açıqlayıb.

XXI əsrin ümumi reytinqi 2001-ci ildən 2020-ci ilə qədər dövrün illik reytinqlərinin uyğunlaşdırılması prinsipi üzrə təşkil edilib. Siyahıya “TOP-20”yə düşmüş qapıçılar daxil olublar. Belə ki, illik reytinqdə birinci yer tutan qapıçıya 20 bal, ikinci yerə 19 bal, sonrakılara da eyni prinsip üzrə ballar verilib.

Canluici Buffon (Juventus, İtaliya) – 330 bal.

İker Kasilyas (keçmiş Real Madrid, İspaniya) – 244.

Petr Çex (keçmiş Chelsea, Çexiya) – 218.

Manuel Noyer (Bayern Münich, Almaniya) – 183.

Tibo Kurtua (Real Madrid, Belçika) – 130.

Viktor Valdes (keçmiş Barcelona, İspaniya) – 113.

Uqo Loris (Tottenham, Fransa) – 106.

Edvin van der Sar (keçmiş Manchester United, Niderland) – 105.

Oliver Kan (keçmiş Bayern Münich, Almaniya) – 99.

Keylor Navas (PSG, Kosta-Rika) – 93.

Dida (keçmiş Milan, Braziliya) – 90.

Yan Oblak (Atletico Madrid, Sloveniya) – 85.

Mark-Andre ter Şteqen (Barcelona, Almaniya) – 78.

David De Xea (Manchester United, İspaniya) – 75.

Yens Lemann (keçmiş Arsenal, Almaniya) – 72 və digərləri.

Xatırladaq, daha əvvəl IFFHS həmçinin XXI əsrin ən yaxşı arbitrlərinin siyahısını dərc edib. Birinci yer alman Feliks Brix tutub.

GÜNÜN ƏN ÇOX OXUNANLARI