Traktor-un yeni baş məşqçisi bilindi
Təbrizin Traktor klubunda yeni baş məşqçi təyinatı baş tutub.
Goal.az xəbər verir ki, komanda türkiyəli Ertuğrul Sağlama tapşırılıb.
53 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.
2010-cu ildə Bursaspor-la Türkiyə Super Liqasının qalibi olan Ertuğrul Sağlamın son iş yeri I Liqa təmsilçisi Samsunspor olub.
Cənubi Azərbaycan təmsilçisi İran çempionatında 19 turdan sonra hazırda 15 xalla 16 kollektiv arasında 13-cü yerdədir.