Cənubi Azərbaycan klubunda yeni məşqçi
Təbrizin Traktor komandasının yeni baş məşqçisi bəlli olub.
Goal.az xəbər verir ki, bu vəzifəyə Pako Xemes gətirilib.
İspaniyalı mütəxəssis həftə sonu Təbrizə gələrək müqaviləyə imza atacaq. Sözləşmənin detalları açıqlanmayıb.
Qeyd edək ki, 52 yaşlı baş məşqçi Traktor-un sükanı arxasında ötən ay istefa verən Kurban Berdıyevi əvəzləyəcək.