31/05/2019
18:30
3804
| A A A
Suares Valencia-ya keçir

Barcelona-nın yarımmüdafiəçisi Denis Suares karyerasını yenidən vətəni İspaniyada davam etdirəcək. Goal.az-ın xarici mətbuata istinadən məlumatına görə, 25 yaşlı oyunçu artıq ilk təklifini alıb.Ötən mövsümün ikinci dövrəsini icrarə əsasında Arsenal-da keçirən və Kataloniya klubuna geri qayıdan Suaresə Valencia "elçi düşüb". "Yarasalar"ın baş məşqçisi Marselino onu Villarreal-dan yaxşı tanıyır və yenidən sərəncamında görmək niyyətindədi. Bu üzdən klublar arasında danışıqlara start verilib.Qeyd edək ki, Valencia növbəti mövsüm Çempionlar Liqasında mübarizə aparacaq.