Barcelona Valencia ilə qapıçı dəyişdirdi
Valencia-nın qapıçısı Neto Barcelona-ya keçib.
Goal.az xəbər verir ki, bu barədə Kataloniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Neto komandada Valencia-ya satılan Yasper Silesseni əvəz edəcək. 29 yaşlı braziliyalı yeni komandası ilə 4 illik müqavilə bağlayıb. Bu keçid "yarasalar"a 26 milyon avro qazandırıb. Klub daha 9 milyon avro bonus əldə edə bilər. Barcelona Netonun transfer qiymətini 200 milyon avro dəyərində müəyyən edib.
Qeyd edək ki, Silessen dünən 35 milyon avroya Barcelona-dan Valencia-ya keçib.
Bizi hansı ölkədən izləyirsiniz?
AZƏRBAYCAN
TÜRKİYƏ
RUSİYA
DİGƏR