12/08/2019
15:20
1732
| A A A
Rafinya Barcelona-dan ayrılır

Barcelona-nın futbolçusu Rafinya Alkantara klubunu tərk etməyə hazırlaşır.

Goal.az “Sport.es”ə istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Valencia-ya keçməyə yaxındır. Barcelona-nın ABŞ-dan qayıtdıqdan sonra bu keçidin açıqlanacağı bildirilir.

Qeyd edək ki, 2011-ci ildən Barcelona-da çıxış edən 25 yaşlı futbolçu ötən mövsüm İnter-də icarə əsasında oynayıb.