Barcelona-nın futbolçusu Valencia-nın hədəfində
Valencia Barcelona-dan yarımmüdafiəçi Niko Qonsalesi transfer etmək istəyir.
Goal.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano tvitter hesabında məlumat verib.
Qonsales “Barselona”nın məzunudur. Yarımmüdafiəçi əsas komandada 36 matçda iki qol vurub və iki məhsuldar ötürmə verib. Onun klubla müqaviləsi 2024-cü ildə başa çatır.