24/08/2022
10:28
3518
| A A A
Valencia türkiyəli futbolçuyla gücləndi

Türkiyə milli komandasının müdafiəçisi Cenk Özkacar Lyon-dan ayrılıb.

Goal.az xəbər verir ki, 21 yaşlı futbolçu bundan sonra karyerasını Valencia-da davam etdirəcək.

Gənc müdafiəçi qarşıdakı mövsümü icarə əsasında La Liqa klubunda keçirəcək. Lakin İspaniya klubu türk oyunçunu satınalma şərti ilə icarəyə götürüb və onunla 1+5 illik müqavilə bağlayıb.

GÜNÜN ƏN ÇOX OXUNANLARI