Kavaninin yeni klubu müəyyənləşir
Son klubu Manchester United olan Edinson Kavaninin yeni klubu məlum olub.
Goal.az xəbər verir ki, 35 yaşlı hücumçu Valencia-ya keçəcək. Bu barədə italyan jurnalist Fabritsio Romano tvitter hesabında paylaşım edib.
Kavani "yarasalar"la 2 illik müqavilə imzalayacaq.
Uruqvaylı forvard bu ilin yayından azad agentdir.