PSG-nin yeni transfer hədəfi
Valencia-nın yarımmüdafiəçisi Karlos Soler PSG-yə keçir.
Goal.az xəbər verir ki, Solerin transfer məbləği 18 milyon avro olacaq. Tərəflər 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayacaqlar.
Ötən mövsüm ispaniyalı futbolçu Valencia ilə 38 oyunda 12 qol vurub və 5 məhsuldar ötürmə edib. Bu mövsüm o, La Liqada 3 matçda 1 qola imza atıb.