02/09/2022
19:38
3274
| A A A
Valencia Roma-nın üzvünü icarəyə götürdü

Valencia heyətini yeni futbolçu ilə gücləndirib.

Goal.az xəbər verir ki, La Liqa təmsilçisi Roma-dan Castin Kluyverti icarəyə götürüb. 23 yaşlı vinger 2023-cü ilin yayına qədər Valencia-da forma geyinəcək.

Kluyvert son olaraq Nice-də icarədə olub. O, Liqa 1-də ötən mövsüm 27 oyunda 4 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

GÜNÜN ƏN ÇOX OXUNANLARI