18/09/2022
16:50
3451
| A A A
Kavani Valencia-nın tarixinə düşdü

Valencia-nın futbolçusu Edinson Kavani İspaniya La Liqasının tarixinə düşüb.

Goal.az xəbər verir ki, uruqvaylı hücumçu buna Celta-nı 3:0 hesabı ilə məğlub etdikləri VI tur matçında meydana çıxmaqla nail olub.

Kavani La Liqada debüt edən ən yaşlı oyunçu adına sahib çıxıb. Uruqvaylı forvard 35 yaşlı 215-ci günündə bunu bacarıb.

Təcrübəli futbolçu 2015-ci ildə Eibar-ın heyətində 35 yaş 174-cü günündə debüt edən Tsema Anibarronu geridə qoyub. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI