Valencia-da yeni müqavilə
Valencia futbolçusu Giorgi Mamardaşvili ilə müqaviləni yeniləyib.
Goal.az xəbər verir ki, 21 yaşlı qolkiperlə sözləşmənin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Mamardaşvili ötən ilin yayından Valencia-da çıxış edir. Gürcüstan yığmasının da üzvü olan qolkiper bu mövsüm 6 oyunda 5 qol buraxıb.