16/10/2022
18:09
6656
| A A A
Edinson Kavani 5-ci oldu

Valencia-nın hücumçusu Edinson Kavani İspaniya çempionatının 9-cu turunda Elche ilə görüşdə (2:2) dubla imza atıb.

Goal.az xəbər verir ki, 35 yaşlı uruqvaylı 21-ci əsrdə Avropanın “böyük beşlik” liqalarından dördündə qol vuran beşinci cənubi amerikalı futbolçu olub. Əvvəllər buna çilili Aleksis Sançes, kolumbiyalı Xames Rodriqez, braziliyalı Filipp Koutinyo və argentinalı Anxel Di Mariya nail olub.

Kavani bu mövsüm La Liqada Valencia-nın heyətində 4 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

GÜNÜN ƏN ÇOX OXUNANLARI