28/01/2023
12:51
6171
| A A A
Qattuzo Valencia-dan göndərilə bilər

Valencia İspaniya Kubokunun 1/4 finalında evdə Athletic Bilbao-ya uduzub (1:3) və mübarizəni dayandırıb.

Goal.az xəbər verir ki, La Liqada da işləri yolunda getməyən "yarasalar"da baş məşqçi Cennaro Qattuzonun gələcəyi sual altındadır.

Valencia rəhbərliyi yaxın zamanda Qattuzonun gələcəyini müzakirə edəcək.

Qeyd edək ki, Valencia La Liqada 18 turdan sonra 20 xalla 12-ci sıradadır.

GÜNÜN ƏN ÇOX OXUNANLARI