26/01/2020
12:33
2727
| A A A
Barcelona-nın yetirməsi Leipzig-də - RƏSMİ

Dinamo Zagreb-in hücumameylli yarımmüdafiəçisi Daniel Olmo bundan sonra Leipzig-in uğurları üçün çalışacaq.

Goal.az xəbər verir ki, Almaniya klubu İspaniya millisinə yenicə dəvət alan 22 yaşlı futbolçu ilə rəsmi müqavilə bağlayıb.

Yeni klubunda 25 nömrəli futbolkada çıxış edəcək Olmonun "öküzlər"lə müqaviləsi 2024-cü ilə qədər nəzərdə tutulub. Pireneylinin keçidi almanlara bonusla birlikdə 35 milyon avroya başa gəlib.

Olmo İspaniya nəhəngi Barcelona-nın yetirməsi olsa da, Kataloniya klubunda 1 görüş keçirməyib.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
18388 səs