03/07/2020
14:22
2797
| A A A
Bayern Münich ulduz futbolçunu transfer etdi - RƏSMİ

Bayern Münich yeni transferini açıqlayıb.

Goal.az xəbər verir ki, Münhen təmsilçisi Manchester City-də çıxış edən Leroy Sanenin keçidini rəsmiləşdirib.

24 yaşlı hücumçu ilə imzalanan müqavilənin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub. Onun hansı məbləğə transfer olunduğu açıqlanmayıb.

Sane gələn həftədən etibarən komanda ilə 2020/2021 mövsümünün hazırlıqlarına başlayacaq.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
12663 səs