17/12/2020
21:56
1103
| A A A
Leipzig-də yeni transfer

Leipzig heyətini yeni futbolçu ilə gücləndirib.

Goal.az xəbər verir ki, Bundesliqa klubu Salzburg-dan Dominik Soboslaini transfer edib.

Bu barədə Almaniya təmsilçisinin rəsmi saytı məlumat yayıb. 20 yaşlı yarımmüdafiəçi ilə 4,5 illik müqavilə imzalanıb.

Leipzig Soboslainin keçidinə görə qarşı tərəfə 25 milyon avro ödəyib.

Qeyd edək ki, Macarıstan yığmasının üzvü bu mövsüm Salzburg-da meydana çıxdığı 21 oyuna 9 qol vurub.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11263 səs