01/01/2021
11:26
881
| A A A
Mainz-dan Celta-ya — RƏSMİ

Celta heyətini yeni futbolçu ilə gücləndirib.

Goal.az xəbər verir ki, La Liqa təmsilçisi Almaniyanın Mainz klubunun müdafiəçisi Aaron Martini transfer edib.

Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. Tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Martin 2018-ci ildən Mainz-ın uğurları üçün çalışırdı. 23 yaşlı ispan futbolçu daha öncə yetirməsi olduğu Espanyol-un uğurları üçün çalışıb.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11265 səs