15/01/2021
11:24
2194
| A A A
Real Madrid Yoviçi icarəyə verdi — RƏSMİ

Real Madrid hücumçusu Luka Yoviçi icarəyə göndərib.

Goal.az xəbər verir ki, Madrid təmsilçisi serb futbolçunu sabiq klubu Eintracht icarəyə verib.

Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı hücumçu mövsümün sonuna qədər Almaniya təmsilçisinin uğurları üçün çalışacaq.

Qeyd edək ki, 2019-cu ildə məhz Eintracht-dan 63 milyon avroya Real-a keçən Yoviç bu mövsüm müxtəlif zədələr səbəbindən La Liqada cəmi 4 oyuna çıxıb.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11261 səs