18/01/2021
23:54
1070
| A A A
Uilşirin yeni klubu müəyyənləşdi

İngiltərə millisinin sabiq futbolçusu Cek Uilşirin yeni klubu müəyyənləşib.

Goal.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi Bournemouth-a keçib. Onunla 2020/2021 mövsümünün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Uilşir 2016/2017 mövsümündə də icarə əsasında İngiltərə təmsilçisində oynayıb. Onun son klubu ötən ilin oktyabrında ayrıldığı West Ham olub.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11266 səs