Chelsea-dən Milan-a - RƏSMİ
Milan heyətini yeni futbolçu ilə gücləndirib.
Goal.az xəbər verir ki, İtaliya klubu İngiltərə təmsilçisi Chelsea-dən Fikayo Tomorini icarəyə götürüb.
Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı futbolçu mövsümün sonuna qədər Milan-ın uğurları üçün çalışacaq.
Chelsea-nin yetirməsi olan Tomori bu mövsüm London təmsilçisinin heyətində 4 rəsmi oyuna çıxmışdı. O, əvvəlki mövsümlərdə Brighton, Hull City və Derby County-də də icarədə oynayıb. Fikayo İngiltərə yığmasının da üzvüdür və əsas millidə 1 oyun keçirib.
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR