26/01/2021
10:50
3628
| A A A
Sokratisin yeni klubu müəyyənləşdi - RƏSMİ

Bir neçə gün öncə Arsenal-dan ayrılan Sokratis Papastatopulosun yeni klubu müəyyənləşib.

Goal.az xəbər verir ki, yunanıstanlı futbolçu karyerasını Olympiacos klubunda davam etdirəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 32 yaşlı müdafiəçi yeni klubu ilə 2.5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Sokratis daha öncə ölkəsində AEK klubunun da formasını geymişdi. Yunanıstan yığmasında 90-dan çox oyun keçirən futbolçu karyerası ərzində Genoa, Milan, Werder Bremen, Borussia Dortmund kimi klublarda da çıxış edib.