26/01/2021
16:28
3913
| A A A
Kvadvo Asamoah İtaliya klubuyla müqavilə bağladı

Son olaraq İnter-də çıxış edən Kvadvo Asamoahın yeni klubu bilinib.

Goal.az xəbər verir ki, 32 yaşlı qanalı yarımmüdafiəçi Cagliari-də çıxış edəcək. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, Asamoahın yaxın zamanda A Seriyası klubu ilə rəsmi müqavilə imzalayacağı bildirilib.

Karyerası ərzində Udinese, Juventus və İnter klublarında çıxış edən Asamoah ötən ilin oktyabr ayından işsizdir. Yarımmüdafiəçi Qana yığmasında 71 oyunda 4 qol vurub.