28/01/2021
19:20
6937
| A A A
Marseille-dən Juventus-a — RƏSMİ

Juventus Marseille-in hücumçusu Marli Akeni transfer edib.

Goal.az xəbər verir ki, bu barədə A seriyasının rəsmi saytı məlumat yayıb.20 yaşlı hücumçu 18 yaşlı yarımmüdafiəçi Franko Tonqya ilə dəyişdirilib. Klubların özləri bu transferi açıqlamayıblar.

Qeyd edək ki, Ake Marseille-in yetirməsidir. O, bu mövsüm 13 matçda meydana çıxıb.