30/01/2021
20:56
4606
| A A A
El-Şaaravi keçmiş klubuna qayıtdı — RƏSMİ

Stefan El-Şaaravi Roma-ya qayıdıb.

Goal.az klubun saytına istinadən xəbər verir ki, son klubu Shanghau Shenhua (Çin) ilə müqaviləni ləğv edən 28 yaşlı hücumçu İtaliya təmsilçisinə azad agent kimi keçib. Onunla imzalanan müqavilənin detalları açıqlanmayıb.

İtaliya mətbuatı futbolçu ilə 2+1 illik müqavilə imzalandığını yazıb.

Qeyd edək ki, El-Şaaravi 2016-2019-cu illərdə Roma-da oynayıb və 139 matçda 40 qol vurub.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11265 səs