01/02/2021
11:28
3059
| A A A
Başakşehir-dən Fenerbahçe-yə — RƏSMİ

Fenerbahçe heyətini yeni futbolçu ilə gücləndirib.

Goal.az xəbər verir ki, Super Liqa nəhəngi Türkiyənin sonuncu çempionu Başakşehir-dən müdafiəçi İrfan Can Kahvecini transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Lakin tərəflər arasındakı müqavilənin müddəti və digər detalları hələ açıqlanmır.

Türkiyə mətbuatının iddiasına görə Fenerbahçe bu transfer qarşılığında öz oyunçularından Tolqa Cigerci və Deniz Türüçü transfer hüquqları ilə birgə Başakşehir-ə göndərəcək. Üstəlik, məbləği açıqlanmayan təzminat da nəzərdə tutulub.

Qeyd edək ki, İrfan Can Kahveci 2017-ci ildən Başakşehir-də çıxış edirdi.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11269 səs