09/03/2021
12:26
3291
| A A A
Türkiyə millisinin üzvü Eintracht-a keçdi

Türkiyənin gənclərdən ibarət yığmasının və Bursaspor-un hücumçusu Ali Akmanın Almaniyanın Eintracht Frankfurt klubuna transferi rəsmiləşib.

Goal.az xəbər verir ki, 18 yaşlı forvard Frankfurt təmsilçisi ilə 4 illik müqaviləyə imza atıb. Bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, Eintracht Ali Akmanın transferini hələ fevral ayında açıqlamışdı. Lakin futbolçu Bursaspor-dan problemli şəkildə ayrıldığı üçün, rəsmi müqavilənin imzalanması gecikirdi. Artıq gənc futbolçunun TFF 1-ci liqa klubu ilə müqaviləsinə rəsmi qaydada xitam verilib və onun Frankfurt təmsilçisinə keçidi üçün heç bir əngəl qalmayıb.

Bursaspor-un öz yetirməsi olan Ali Akman, daha öncə İnegölspor-da futbolun sirlərinə yiyələnib. O, 2019-cu ildən Bursa klubunun əsas komandasında çıxış edirdi.