17/06/2021
17:47
4134
| A A A
Chelsea-dən Milan-a - RƏSMİ

Milan Chelsea-dən icarəyə götürdüyü Fikayo Tomorini birdəfəlik transfer edib.

Goal.az xəbər verir ki, İtaliya təmsilçisi 23 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalayıb. A seriyası klubu oyunçunun keçidi üçün 28,5 milyon avro xərcləyib.

Qeyd edək ki, Tomori 2021-ci ilin yanvar ayından icarə əsasında Milan-da çıxış edir. O, bu müddət ərzində 22 matçda 1 qol vurub.