22/06/2021
20:55
5230
| A A A
Çalhanoğlunun yeni klubu bilindi — RƏSMİ

Milan-dan ayrılan türkiyəli futbolçu Hakan Çalhanoğlunun İnter-ə keçidi rəsmiləşib.

Goal.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. İtaliya mətbuatı Hakanın illik maaşının 5 milyon avro olacağını yazıb.

Qeyd edək ki, Türkiyə millisinin üzvü 2017-ci ildən Milan-da çıxış edirdi. O, bu müddətdə 135 oyuna 22 qol vurub.