01/07/2021
15:25
6162
| A A A
Borussia Dortmund-dan Manchester United-ə — RƏSMİ

Borussia Dortmund-un futbolçusu Ceydon Sanço karyerasını Manchester United-də davam etdirəcək.

Goal.az xəbər verir ki, bu barədə Borussia-nın icraçı direktoru Hans-Yoahim Vatzke açıqlama verib. O, Sançonun transferi ilə bağlı Manchester United-lə razılığa gəldiklərini deyib.

Sanço tibbi müayinədən keçdikdən sonra “qırmızı şeytanlar”la müqavilə imzalayacaq.